Messi və Ronaldonun qibtə etdiyi gənc kimdir?

6 Dekabr 2022 03:10 Araşdırma 870
Messi və Ronaldonun qibtə etdiyi gənc kimdir?

Futbolda uğurlar çoxdur.

Milli liqaların çempionluğu, bombardirliyi...

Klub səviyyəli beynəlxalq turnirlər, Çempionlar Liqası, müxtəlif Avropa kubokları...

Ancaq söz yox ki, ən görkəmli titul Dünya Kubokudur.

FİFA hər nə qədər korrupsiyaya qurbanlarının və bitmək bilməyən skandalların mərkəzində yer alsa da, Dünya kubokuna olan rəğbəti dəyişməz qalır.

Bütün görkəmli futbolçular bu kubokları layiq görülənlərdir.

Pele 3 Dünya Kuboku ilə zirvədədir.

Ancaq Frans Bekkenbauer kimi həm futbolçu, həm də məşqçi kimi Dünya Kuboku alanlar da var.

Ya da Didier Deşamp kimi...

Zidan bir Dünya, bir Avropa Kuboku almaqla Fransa futbol taxtına oturdu.

Onun sələfi Mişel Platininin isə Dünya Kuboku yox idi.

Platini 1984-ün Avropa çempionu idi.

Maradona desən...

18 yaşında Argentinanın çempion olduğu heyətə daxil edilməsə də oynadığı üç dünya kubokunun birini (1986) almağı bacardı.

Təbii ki, istisnalar da var.

Misal üçün, liberiyalı Corc Vea heç bir Dünya kubokunda iştirak edə bilməmişdi.

Ya da, Bekhem iştirak etsə də kuboku ala bilməmişdi.

İngilis futbolunun yeganə kuboku bizim Tofiq Bəhramov sayəsində də 1966-cı işdə qazanılmışdı.

Portuqaliyalı Luis Fiqo da eləcə...

Ancaq, on ildən artıqdır ki, dünya futbolunda dominantlıq edən Ronaldo və Messi hələ də Dünya kubokundan məhrumdurlar.

Klub səviyyəsində təkrarı çox çətin görünən uğurlara imza atan bu iki futbolçu üçün çox çətin bir vəziyyətdir.

Real Madrid Barselona derbisində Ronaldo barselonalı futbolçu Pedronu əsəbləşdirmək üçün "Sən kimsən ki?" deyə ondan soruşmuşdu.

Pedronun cavabını yəqin ki, Ronaldo ömrü boyu unutmayacaqdı: "Mən Dünya çempionuyam"

Pedro İspaniya yığmasının heyətində Dünya çempionu olmuşdu.

Ancaq Ronaldonun heybəsində bir Avropa Kuboku var.

Messi əlbəttə ki, Avropa çempionu ola bilməzdi.

Ondan gözlənilən Argentinanı Dünya çempionu edərək Maradonanın uğurunu təkrarlamaqdır.

Həm Messi, həm də Ronaldo üçün bu sonuncu mundialdır.

Ona görə onlar üzərində təzyiq daha çoxdur.

Xüsusən də Messinin üzərində.

Ancaq ən yaxşı halda onların biri bu kuboku qazana biləcək.

Ən yaxşı hal deyirik, çünki çempionluğa favorit sayılan başqa komandalar da var.

Misal üçün Fransa...

Çempionatın ulduzu isə şəksiz ki, Kylian Mbappé-dir.

O artıq 5 qol vurub. 2018-ci ildə Dünya kubokunu qazanan Mbappenin heç 18 yaşı da yox idi.

20 dekabrda final günündə Mbappe 22 yaş qeyd edəcək edəcək.

20 dekabr, 22 yaş və 2-ci Dünya Kuboku...

Bu az adama nəsib olan nəticədir. Misal üçün Braziliya

1994-də çempion qazanan Ronaldo Luis Nazario bir oyun belə keçirməmişdi. Kafu isə ancaq finalda oynamışdı.

Bircə, Pele və yoldaşları (1958, 1962 qələbələri) istisnadır. Mbappe görkəmli bir rekorda doğru gedir.

(Pele də ilk çempionluğunu 18, ikincisini isə 22 yaşında qazanmışdı.)

Ancaq kubok qazansa da, qazanmasa da Kilianın komanda yoldaşı Messinin və eləcə də Ronaldonun futbolçu tarixində qalacağı şübhəsizdir.

Ancaq Dünya kuboku uğurlar içində ən görkəmlisi və ən unudulmazıdır.

Və bu qayda dəyişməz qalır...

Qan Turalı

Digər Xəbərlər
Xəbər Lenti