Klubu hələ də ona yeni müqavilə təklif etməyib – Elçiləri qapıdadır

11 Noyabr 2024 15:40 Almaniya 1 140
Klubu hələ də ona yeni müqavilə təklif etməyib – Elçiləri qapıdadır

“Bayern” hələ Alfonso Deyvisə yeni müqavilə təklif etməyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, deyilənə görə, Münhen klubu hələlik kanadalı futbolçuya son təklifi etməyib.

Hələlik hər şey qeyri-rəsmi müzakirələrlə məhdudlaşır.

“Bayern” Deyvislə əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

“Real” və “Mançester Yunayted” mövsümün sonunda Alfonso Deyvisi azad agent kimi transfer etməyi düşünür.

24 yaşlı futbolçu 2019-cu ildə Münhen klubuna qoşulduqdan sonra 209 oyunda 11 qol vurub və 34 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
11 Yanvar 20:00 Çək və bizə göndər!
11 Yanvar 08:50 "Sumqayıt" transfer etdi
11 Yanvar 08:20 Azərbaycan çempionları
11 Yanvar 07:40 Dollar neçə manat olacaq?
11 Yanvar 00:50 "Buna aldanmaq olmaz"
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol