Premyer Liqanın top-klublarının maraq dairəsinə düşdü - Almaniyalı yarımmüdafiəçi

19 Sentyabr 00:00 Almaniya 456
Premyer Liqanın top-klublarının maraq dairəsinə düşdü - Almaniyalı yarımmüdafiəçi

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Feliks Nmeça İngiltərə Premyer Liqasının top-klublarının maraq dairəsinə düşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə “Liverpul” və “Mançester Siti” yaxından maraqlanır.

Nmeçanın qış transfer dövründə Dortmund klubundan ayrılması mümkündür. Bunun üçün potensial alıcılar 80-90 milyon avro ödəməlidir.

Almaniyalı futbolçu cari mövsümdə Bundesliqada 3 oyunda meydana çıxıb və 2 qol vurub. Onun “Borussiya” ilə müqaviləsinin müddəti 2030-cu ilin iyununun sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə