Ölkəmizin əsas komandasına 296-cı futbolçu cəlb olundu

11:20 Milli komanda 133
Ölkəmizin əsas komandasına 296-cı futbolçu cəlb olundu

UEFA Millətlər Liqasının qrup mərhələsində Litva ilə Bakıdakı oyun Oruc Məmmədov üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi A millinin heyətində debüt edib.

Start heyətində yer alan və 64 dəqiqə meydanda olan Məmmədov hətta qələbə qolunda da böyük pay sahiblərindən biri olub. O, əsas millinin formasını geyinən 296-cı futbolçu kimi yadda qalıb.

Məmmədova qədər bu bu toplanış çərçivəsində Edqar Adilxanov və Fərid Yusifli də yığmada debüt ediblər.

“Palms Sports Arena”da keçirilən Azərbaycan – Litva oyunu komandamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 10:00 Messi də getdi… FOTOLAR