"Kəpəz"in yarımmüdafiəçisi Viktor Stinanın çıxış etdiyi Moldova millisi UEFA Millətlər Liqasında növbəti oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Moldova 4-cü turda öz meydanında Slovakiya yığması ilə qarşılaşıb.
Oyun slovakiyalıların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Stina 67-ci dəqiqədə - komandası hesabda 0:3 geridə olduğu zaman meydana buraxılıb.
Moldova 4 turdan sonra 4 xalla 3-cü pillədədir.
