Qələbəsiz komandaya nə olub? - Sualın cavabını o verdi

7 Oktyabr 23:00 Müsahibə 119
Qələbəsiz komandaya nə olub? - Sualın cavabını o verdi

“Sumqayıt” çətin Gəncə səfərində “Kəpəz”lə matçda hesabda önə çıxsa da, qələbə hesabını qoruya bilmədi.

Nəticədə komandalar hərəyə 1 qol vurmaqla meydanı 1 xalla tərk etdilər.

Sportinfo.az-a müsahibə verən Emil Mustafayev qarşılaşma ilə bağlı sualları cavablandırıb.

- Oyunla bağlı fikirlərini eşitmək maraqlıdır.

- Hesabda önə keçsək də, qələbə hesabını qoruya bilmədik. Fikrimcə, oyun baxımından “Kəpəz”i üstələdik. Bu, şəxsi fikrimdir. Bir neçə epizodda qapıçıları yaxşı oynadı. 2-ci qolu vursaydıq, oyunun gedişatı dəyişəcəkdi. Əvəzində, konsentrasiyanı itirib öz qapımızda qol gördük.

- İkinci dəfədir hesabda önə keçsəiniz da, qələbə qazana bilmirsiniz. Bu, nə ilə bağldıır?

- Dediyim kimi, konsentrasiya ilə bağlı problemdir. Halbuki sona yaxın daha diqqətli olmalıyıq. Qalib gəlmək istəyiriksə, hakimin final fitinə qədər eyni tempdə oynamalı, sayıqlığı əldən verməməliyik.

- “Sumqayıt” 6 turdan sonra qələbə sevinci yaşamayan iki komandadan biridir. Nə baş verir?

- Hər komandada “qara zolaq” dövrü olur. Yəqin ki, bunun acısını yaşayırıq. Qarşıda üç həftəlik fasilə olacaq. Bu dövrün xeyrimizə işləyəcəyini düşünürəm. Növbəti oyunda qələbə qazanmaqdan başqa yolumuz yoxdur.

- Portuqaliyalı baş məşqçinin oyun fəlsəfəsi nədən ibarətdir? Sizdən nələri tələb edir?

- Əvvəlki baş məşqçimiz Saşa İliçlə futbola fərqli baxışları var. Bu da normaldır. Pressinq etməyi, hücum futbolu oynamağı, topa daha çox sahib olmağımızı istəyir.

- Tribunalarda səsləndirilən fit səsləri sizi çaşdırırdı? Baş məşqçiniz tribunalardan eşidilən fit səslərinin siz futbolçuların hakimin fit səsi ilə qarışıq saldığınızı bildirdi.

- Futbolda belə hallar qaçılmazdır. Azarkeşə “fit çalma” deyə bilmərik. “Kəpəz”in evdə oynadığınızı nəzərə alsaq, bu, azarkeşlərin haqqıdır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 10:00 Messi də getdi… FOTOLAR