“Oyun komanda üçün ağır keçdi.
Əslində, özümüz özümüzü çətin vəziyyətə salmışdıq, hətta ehtiyatda olan futbolçuların təzyiqi, istəyi də qələbə qazanmağımıza böyük kömək etdi”.
Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli deyib.
30 yaşlı hücumçu Millətlər Liqasında Litva üzərində 1:0 hesablı qələbəni belə şərh edib:
“Çətin oyun olacağını bilirdik. Şükürlər olsun ki, qələbə qazandıq.
Buna görə bütün azarkeşlərimizə, mediaya və bizə inanan hər kəsə təşəkkürümü bildirirəm. Çoxsaylı qol epizodlarımız oldu, lakin onlardan yararlana bilmədik.
Nəyisə bəhanə gətirmək düzgün olmaz. Sadəcə, bir qədər özümüz özümüzə təzyiq yaradırıq.
Bu epizodları klublarımızda çox rahatlıqla qola çeviririk, amma milli komandada nədənsə belə alınmır.
Buna baxmayaraq, ruhdan düşməyəcəyik. Əlimizdən gələnin daha yaxşısını etməyə çalışacağıq”.
