Azərbaycanda 4 futbolçunun meydana çıxmasına “STOP” qoyuldu!

13:40 Araşdırma 195
Azərbaycanda 4 futbolçunun meydana çıxmasına “STOP” qoyuldu!

Azərbaycan kubokunda 2026/27 mövsümünə start verilib.

I mərhələnin ilk oyun günündə “Qaradağ-Lökbatan” “Şəki”nin qapısından 12 cavabsız top keçirib, “Ağstafa Gəncləri” səfərdə “Şəmkir”i 5:1 hesabı ilə məğlub edib.

Bu gün və sabah baş tutacaq daha 4 oyunla II mərhələyə yüksələn komandaların adlarına aydınlıq gələcək.

Dörd futbolçu kubok qarşılaşmalarında meydana çıxmaqdan məhrumdur.

Bunlar Elvin İsmayılov ("Ağdaş"), Ülvi Sarıyev ("Şəmkir"), Ümid Paşayev ("Difai") və Elməddin Hüseynzadədir ("Marafon").

Adları çəkilənlər öncəki mövsümdə qırmızı vərəqə aldıqları üçün bu dəfə cəzalı duruma düşüblər.

Bu gün “Difai” – “Zəngəzur”, “Marafon” – “Dinamo”, “Şirvan” – “Kür-Araz”, sabah “Ağdaş” – “Hypers” qarşılaşmaları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti