“Səbail” Mbup Babakarı heyətinə cəlb edib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.
Seneqallı 24 yaşlı hücumçu ilə “1+1” illik müqavilə bağlanıb.
Mbup Babakarın son klubu Serbiya Superliqasında çıxış edən “Radniçki” olub.
Yaşı 24, boyu 1,92 sm olan afrikalı bunadək Serbiyada legioner həyatı yaşayıb. Bu ölkədə «Qrafaçar» və «Radniçki»nin formasını geyinib.
«Səbail» hazırda 7 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
