Azərbaycan U-20 millisinin baş məşqçisi Ruy Jorje verdiyi qərarla AFFA rəsmilərini təəccübləndirib.
Belə ki, portuqaliyalı mütəxəssisə hazırda Avropada çıxış edən və ölkəmizlə müəyyən bağlılığı olan 20-yə yaxın futbolçunun siyahısı təqdim olunub.
Bildirilib ki, istədiyi təqdirdə həmin futbolçuların millimizin heyətində çıxış etməsi üçün müvafiq addımlar atılmağa başlana bilər.
Amma portuqaliyalı mütəxəssis fərqli qərar verib.
Baş məşqçi bildirib ki, siyahı ilə tanış olub, həmin futbolçular barədə məlumat əldə edib.
Lakin onların millidə çıxış etməsi üçün hər hansı addımın atılmasına ehtiyac görmür.
Portuqaliyalı mütəxəssis hazırda sərəncamında olan futbolçuların keyfiyyətinin onu qane etdiyini və onların kifayət qədər bacarıqlı oyunçular olduğunu bildirib.
O, bu futbolçularla uğur qazanacağına inandığını vurğulayıb və yoluna hazırkı heyətlə davam etməyi məqsədəuyğun hesab edib.
XANOĞLAN/ SPORTİNFO.AZ
