Bu da bir ilkdir - 10 xal topladıq, 5-ci pilləni tutduq

03:00 Milli komanda 100
Bu da bir ilkdir - 10 xal topladıq, 5-ci pilləni tutduq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Rəşad Eyyubovun komandası Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

“Əlincə Arena”da baş tutan görüş Azərbaycan yığmasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 8-ci dəqiqədə Nihad Əhmədzadə, 43-cü və 51-ci dəqiqələrdə isə Ağadadaş Salyanski vurublar.

Bununla da Avropa çempionatının seçmə mərhələsində qrup oyunları başa çatıb. Azərbaycan U-21 millisi 10 xal toplayaraq B qrupunda 5-ci pillədə qərarlaşıb.

Bu, komandamızın Avropa çempionatının seçmə mərhələləri tarixində ən çox topladığı xaldır.

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 10:00 Messi də getdi… FOTOLAR