I Liqada dördüncü tur davam edir.
Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparan iki komanda - «Səbail» və «Karvan» bu gün üz-üzə gələcək.
Binə qəsəbə stadionunda keçiriləcək matç saat 15:30-da başlayacaq.
Nominal ev sahibləri bu görüşün favoriti sayılır. Klub rəhbərliyi futbolçuların qələbə motivasiyasını yüksəltmək məqsədilə öz üzərinə düşən işi görüb.
Kollektivə böyük məbləğdə mükafat qoyulub. Əldə olunacaq 3 xal sabiq «dənizçilər»ə 25 min manat qazandıracaq.
Bu isə I Liqa üçün ekstra rəqəmdir. Son illərdə heç bir iştirakçı oyunçularına belə «ənam» vəd verməyib.
Geridə qalan üç turda 7 xal toplayan «Səbail» turnir cədvəlinin 3-cü pilləsində yer alıb. 6 xala malik Yevlax təmsilçisi isə dördüncü sıradadır.
SPORTİNFO.AZ
