"Sabah"la oyundan öncə xahiş etdilər - Onu çox gücə salmayın

09:25 Almaniya 158
"Sabah"la oyundan öncə xahiş etdilər - Onu çox gücə salmayın

Dortmund “Borussiya”sı Yunanıstan millisindən Konstantinos Karetsanın Almaniya ilə oyunda mümkün qədər az oynadılmasını xahiş edib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Sky Germany” nəşri məlumat yayıb.

18 yaşlı yarımmüdafiəçi Yunanıstanın Millətlər Liqasındakı hər üç oyununda start heyətində yer alıb. O, Almaniya üzərində tarixi qələbə qazanılan qarşılaşmada da 90 dəqiqə meydanda olub.

Dortmund klubunun narahatlığının futbolçunun son vaxtlar həm klub, həm də milli komandada yüksək oyun yükü ilə bağlı olduğu bildirilir. Karetsas milli fasilədən əvvəl qan dövranı ilə bağlı problem də yaşayıb.

Yunanıstan millisi üçün isə bu, çətin qərardır. Karetsas komandanın əsas futbolçularından biridir və B qrupunda 7 xalla liderdir.

Karetsas milli fasilədən sonra “Borussiya”nın “Verder”lə qarşılaşmasında da iştirak etməlidir.

"Sabah"ın Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində "Borussiya" (Dortmund) ilə matçı oktyabrın 20-də Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 18:10 Çək və bizə göndər!