“İlk qolu mən vurdum, komandaya töhfə verdiyim üçün ayrıca sevinirəm”

02:20 Milli komanda 101
“İlk qolu mən vurdum, komandaya töhfə verdiyim üçün ayrıca sevinirəm”

“Rekordu yenilədik, kollektiv olaraq xal rekorduna imza atdıq.

Bununla bağlı çox xoşbəxtik. Mənim də bu uğura töhfə verməyim sevindiricidir. Komandamız adından da çox şadam”.

Sportinfo.az xəbər verir ki, bu sözləri U-21 millisinin yarımmüdafiəçisi Nihad Əhmədzadə deyib.

O, Avropa çempionatının seçmə mərhələsində evdə Cəbəllütariqi 3:0 hesabı ilə məğlub etdikləri qarşılaşmanı belə dəyərləndirib:

“Yaxşı oyun keçirdik və qələbə qazandıq. İlk qolu mən vurdum. Komandaya töhfə verdiyim üçün ayrıca sevinirəm”.

Əhmədzadə milli komandada fasilənin uzun çəkməsinin futbolçulara müsbət təsir edəcəyini bildirib:

“Milli komanda fasiləsi bir qədər uzun çəkdi. Məncə, bu, futbolçulara yaxşı təsir edəcək.

Çünki biz milli komandanı təmsil edirik. Düşünürəm ki, belə fasilə hər bir idmançı üçün müsbət təsir göstərməlidir”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 10:00 Messi də getdi… FOTOLAR