“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı - Ən ucuz və ən bahalı

19:20 Sabah 209
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı - Ən ucuz və ən bahalı

“Sabah”ın Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda Dortmund "Borussiya"sı ilə Bakıda keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, bilet qiymətləri 15, 40, 50, 75, 120 və 650 manatdır.

"Sabah" oktyabrın 20-də Bakı Olimpiya Stadionunda Almaniya klubu ilə qarşılaşacaq. Görüş saat 20:45-də başlayacaq.

Azarkeşlər matçın biletlərini “iTicket.az”ın internet saytından onlayn əldə edə bilərlər.

“Sabah”ın ilk ev oyununda qarşılaşacağı “Slaviya” ilə matça da (13 oktyabr) bilet satışı davam edir.

Digər Xəbərlər
Xəbər Lenti