“Neftçi”nin tanınmış yerlisi baş məşqçi təyin olundu - Başqa komandada oynaya-oynaya

09:40 Region Liqası 496
“Neftçi”nin tanınmış yerlisi baş məşqçi təyin olundu - Başqa komandada oynaya-oynaya

Millinin və «Neftçi»nin sabiq yarımmüdafiəçisi Cavid İmamverdiyev profilini dəyişib.

O, məşqçilik həyatına atılıb. Region Liqasında mübarizə aparacaq «Ağsu Siti»nin sükanı ona tapşırılıb.

36 yaşlı orta sahə oyunçusu Ağsu təmsilçisinin formasını geyinməklə yanaşı, baş məşqçi vəzifəsini yerinə yetirəcək.

Rəhbərlik İmamverdiyevin qarşısına konkret vəzifə qoyub - komandanı çempion etmək və II Liqaya çıxmaq.

«Neftçi»nin yetirməsi «Ağsu Siti» ilə yanaşı, «Ağstafa Gəncləri»ni düşünməyə davam edəcək.

Çünki iyunda II Liqa mənsubu ilə müqavilə imzalayıb və onlardan aylıq 2000 manatdan artıq əməkhaqqı alır. Ən azı, ilin sonunadək iki işi paralel görəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 10:00 Messi də getdi… FOTOLAR