100 milyon avroluq təklifi qəbul edilmədi - “Mançester Siti”nin

10:20 Almaniya 142
100 milyon avroluq təklifi qəbul edilmədi - “Mançester Siti”nin

“Bayern”in yarımmüdafiəçisi Aleksandar Pavloviç yay transfer pəncərəsində “Mançester Siti”yə keçməkdən imtina edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” mart ayında həm “Bayern”lə, həm də Pavloviçlə əlaqə saxlayıb.

İngiltərə klubu 22 yaşlı futbolçu üçün 100 milyon avroya qədər vəsait ödəməyə hazır olduğunu bildirib.

Yarımmüdafiəçi bu marağa müsbət yanaşsa da, təklifi nəzərdən keçirdikdən sonra keçiddən imtina edib. Nəticədə, məsələ “Bayern”ə rəsmi təklif göndərilməsi mərhələsinə çatmayıb.

Pavloviç bu mövsüm bütün turnirlərdə 7 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 10:00 Messi də getdi… FOTOLAR