“Bayern” rəhbərliyi ingiltərəli hücumçu Harri Keynin nümayəndələri ilə yeni müqavilə barədə danışıqlar aparır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər müqavilənin müddətinin 2029 və ya 2030-cu ilə qədər uzadılmasını nəzərdən keçirirlər.
Keyn 2023-cü ilin yayında “Tottenhem”dən “Bayern”ə keçib. Onun Münhen klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonunda başa çatacaq.
33 yaşlı hücumçu 2025/26 mövsümündə Bundesliqada 31 oyunda 36 qol vurub və 5 məhsuldar ötürmə edib.
