Yunanıstanın məşhur klubuna gedən  “Qarabağ“ın istedadlı gənci haqda AÇIQLAMA

19:40 Qarabağ 209
Yunanıstanın məşhur klubuna gedən  “Qarabağ“ın istedadlı gənci haqda AÇIQLAMA

“Bu təşəbbüs onun özündən və ailəsindən gəlib“.

“Qarabağ“ın futbol akademiyasının kordinatoru Aftandil Hacıyev Sportinfo.az-a açıqlamasında Əli İbrahimdən danışıb.

Bilindiyi kimi, Ağdam klubunun hücumçusu Əli İbrahim “Olimpiakos”a yollanıb.

18 yaşlı forvard bir müddət Yunanıstan təmsilçisində sınaqdan keçəcək. Özünü doğrulda bilsə, Pirey təmsilçisi onu əvvəlcə B komandasına cəlb edəcək və həmyerlimiz əvəzedici komandada çıxış edəcək.

Son olaraq Azərbaycanın U-20 millisinin heyətində təlim-məşq toplanışında iştirak eləyən Əli, sən demə, rəsmi təklif almadan Ellada torpağına yollanıb:

“Ailəsi bizə dedi ki, onun “Olimpiakos“da təcrübə keçməsini istəyirlər. Şərait yaratdıq ki, getsin.

Hardasa bir həftə orada qalacaq. Ola bilər ki, həmin müddətdə təcrübə prosesi baxışa çevrilsin.

Əli bizim ən yaxşı hücumçularımızdan biridir. Ötən mövsüm 40-a yaxın qol vurub.

İndi Gənclər Liqasında oynamaqla yanaşı, əvəzedici heyətdə də forma geyinir. Qol duyumu yüksəkdir.

Milliyə də həmişə çağrılır. Ona ümidlərimiz böyükdür.

“Olimpiakos“dən nə cavabla qayıdacağını gözləyirik. Əgər yunanlar xidmətində maraqlı olsa, yəqin ki, şərtləri müzakirə edərik“.

Digər Xəbərlər
Xəbər Lenti