Almaniya futbolunun canlı əfsanəsi “Qarabağ”dan danışdı - VİDEO

00:40 Qarabağ 112
Almaniya futbolunun canlı əfsanəsi “Qarabağ”dan danışdı - VİDEO

Bakının ev sahibliyi etdiyi cüdo üzrə dünya çempionatı çərçivəsində ölkəmizdə səfərdə olan Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus jurnalistlərə açıqlamasında UEFA ÇL-in Liqa mərhələsinin üçüncü turunda baş tutacaq “Sabah” – “Borussiya” (Dortmund) oyunundan söz açıb.

Sportinfo.az xəbər verir ki, əfsanəvi futbolçu alman klubunun bundan əvvəl “Qarabağ”la təcrübəsi olduğunu vurğulayıb:

“Bundan əvvəl “Qarabağ”la təcrübəmiz olub. Hazırda isə “Sabah” – “Borussiya” matçına gəldikdə, “Dortmund” təbii ki, keyfiyyətcə, büdcə və dəstəyinə görə daha favorit görünür.

Buna rəğmən, oyun 90 dəqiqədən ibarətdir — necə ki cüdo 4 dəqiqədən ibarətdir. 90 dəqiqənin sonunda nəticə bəlli olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 10:00 Messi də getdi… FOTOLAR