22 transferə qiymət verdi: “Bu, kifayət qədər fərqli və riskli addımdır”

14:40 Hadisə 192
22 transferə qiymət verdi: “Bu, kifayət qədər fərqli və riskli addımdır”

“Əlbəttə, yeni transferlərin uyğunlaşması üçün zamana ehtiyac var”.

“Asadov Pro Bridge”in başçısı Emil Əsədov Sportinfo.az-a açıqlamasında belə deyib.

Menecerlik sahəsində fəaliyyət göstərən şirkətin rəhbəri “Səfa”ya Premyer Liqaya hazırlıq kifayət etməyib:

“Səfa”nın bu mövsüm etdiyi transferlər klubun Premyer Liqada yeni olduğunu bir daha göstərir. Klubun qarşısında yaxşı komanda və uzunmüddətli,

dayanıqlı heyət qurmaq imkanı var idi. Təəssüf ki, ilkin görüntü bu fürsətdən lazımi səviyyədə istifadə edilmədiyini göstərir.

Ümid edək ki, milli komandaların oyunları ilə bağlı fasilədən sonra futbolçular arasında anlaşma yüksələcək və komanda daha sistemli görünəcək.

Xüsusilə Belçikanın dördüncü liqasından transfer olunan 25 yaşlı futbolçunun çıxışı maraq doğurur. Bu, kifayət qədər fərqli və riskli addımdır.

Həmin futbolçunu diqqətlə izləmək və klubun ondan gözlədiyi nəticəni əldə edib-etməyəcəyini görmək maraqlı olacaq. Ümid edək ki, bu seçim özünü doğruldacaq“.

22 ildən sonra Premyer Liqaya qayıtmış "Şəfa" yay fasiləsində böyük transfer bazarlığı həyata keçirib. Zaur Həşimovla elitaya dönən paytaxt təmsilçisi 22 yeni oyunçu ilə müqavilə bağlayıb.

Məmməd Hüseynov ("Kəpəz") Arsen Ağcabəyov ("Şamaxı"), Rauf Hüseynli ("Kəpəz"), Nicat Mehbalıyev ("Sabah"), Murad Musayev ("Qəbələ") Vlad Marian Pop (“Unirea Sloboziya”, Rumıniya), Andrey Fernando Draqu ("Unirea Sloboziya”, Rumıniya), Musa Queli ("Tikves", Şimali Makedoniya), Fərid Yusifli ("Turan Tovuz"), Maudo Lamin Jarjue, Treyvon Fuller ("Dila", Gürcüstan), Bafode Dansoko ("Vintentur", İsveçrə), Kristofer Mamengi (“Priştina”, Kosovo), Felipe da Silva Rodrigez ("Vora", Albaniya), Ayxan Əlizadə ("Araz-Naxçıvan"), Eltun Babazadə ("Qarabağ"), Nurhan Abdıyev, Elmar Məmmədov ("Zirə"), Omar Abdulaye Diav (Son klubu “Akren-Lessin”, Belçika), Vüsal Qənbərov (“İmişli“) və Tiaqo Silva (“Zirə“) düşərgəyə qoşulub.

Digər Xəbərlər
Xəbər Lenti