Azərbaycan millisinin sabiq yarımmüdafiəçisinin ayaq sümüyü sındı

08:20 I Divizion 215
Azərbaycan millisinin sabiq yarımmüdafiəçisinin ayaq sümüyü sındı

“Səbail”in futbolçusu Zeynəddin Abdurahmanov Birinci Liqanın üçüncü turunda zədələndiyi üçün uzun müddət komandasına kömək edə bilməyəcək.

Sportinfo.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvünün ayaq sümüyü sınıb.

Bir neçə gün öncə əməliyyat olunan 24 yaşlı dayaq yarımmüdafiəçisinin yaşıl meydanlara nə vaxt qayıdacağı indilik dəqiqləşməyib.

“Səbail” Birinci Liqanın dördüncü turunda “Karvan-Yevlax”ı qəbul edəcək.

Oktyabrın 8-də baş tutacaq görüş Binə qəsəbə stadionunda keçiriləcək. Matçın start fiti 15:30-da səsləndiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 10:00 Messi də getdi… FOTOLAR