Azərbaycan kubokunun 2026/27-ci illər mövsümündə 1-ci təsnifat mərhələsinin oyunları davam edir.
Sportinfo.az xəbər verir ki, bu gün 3 oyun keçirilib.
"Zəngəzur" "Difai"yə, "Marafon" "Dinamo"ya, "Kür-Araz" isə "Şirvan"a qalib gəlib. Qalib komandalar 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıblar.
Qeyd edək ki, 1-ci təsnifat mərhələsində 2-ci liqa təmsilçiləri iştirak edirlər. Təsnifat mərhələsi bir oyundan ibarətdir.
“Difai” – “Zəngəzur” 1:3
Qollar: E.Qurbanov, 40 - R.Voronsov, 21, 27, K.Mirzəliyev, 42
Palms Sports Futbol Mərkəzi (IV meydança)
“Marafon” – “Dinamo” 3:0
Qollar: İ.Allahverdiyev, 28, T.Nəsibov, 45, P.Qaraxanov, 75-pen.
“Marafon Arena”
“Şirvan” – “Kür-Araz” 1:3
Qollar: E.Xəlilov, 85 - H.Əliyev, 9, B.Əliyev, 32, 38
Şirvan OİK stadionu
