“Messi üçün darıxacağıq, bu gün çox ağladım”

10:00 Dünya futbolu 54
“Messi üçün darıxacağıq, bu gün çox ağladım”

Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandes, Lionel Messinin yığma komandadan ayrılması ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, çox məyus olduğunu bildirib:

“Messi üçün darıxacağıq. Bu gün çox ağladım. İnanılmazdır”.

Lionel Messi oktyabrın 6-dan 7-nə keçən gecə Argentina millisinin heyətində Benin yığmasına qarşı vida matçına (3:0) çıxıb.

39 yaşlı forvard həmin görüşdə 1 qol vurub və 2 məhsuldar ötürmə edib. O, Argentina millisinin heyətində ümumilikdə 208 oyun keçirib, 126 qol vurub və 69 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 10:00 Messi də getdi… FOTOLAR