Ehtiram Quliyevin “Turan Tovuz”un İdarə Heyətinin sədri postundan gedəcəyi gözlənilsə də, bu, baş verməyəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə jurnalist İxtiyar Əsgərov məlumat yayıb:
“Turan Tovuz”un İdarə Heyətinin bu günə “planlaşdırılan” iclası baş tutmayıb, baş tutmayacaq da. Məndə olan məlumata görə, heç yaxın günlərdə keçirilməsi də gündəmdə deyil.
Deməli, iclas yoxdursa, qərar da yoxdur. Ona görə də, dəyərli Ehtiram Quliyev hazırda komandanın başındadır”.
“Turan Tovuz” Azərbaycan Premyer Liqasında 6 oyun keçirib və hazırda 11 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
