Almaniya millisinin yeni baş məşqçisi Yurgen Klopp Millətlər Liqasının qarşıdakı oyunlarına hazırlaşır.
Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis yığmanın düşərgəsinə 44 futbolçu dəvət edib.
Klopp qarşıdakı matçlarda iki fərqli heyətlə meydana çıxmağı planlaşdırır.
Almaniya millisi Niderland, Yunanıstan və Serbiya yığmaları ilə qarşılaşacaq. Yunanıstanla oyunlardan biri evdə, digəri isə səfərdə keçiriləcək.
Dəvət olunan futbolçular arasında Camal Musiala, Kay Haverts, Lennart Karl, Coşua Kimmix, Kərim Adeyemi, Florian Virts, Nik Voltemade və digər oyunçular yer alıb.
Klopp avqustda Almaniya millisinin baş məşqçisi vəzifəsinə təyin olunub. O, yığma ilə müddəti 4 il olan müqavilə imzalayıb.
