Azərbaycan klubu avrokuboklara yenilgi ilə başladı

03:40 Basketbol 80
Azərbaycan klubu avrokuboklara yenilgi ilə başladı

Azərbaycanın "LANDAU Lions" basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk matçını keçirib.

Sportinfo.az xəbər verir ki, G qrupunda İsveçrə təmsilçisi "Lions de Geneve"ni qəbul edən Erhan Tokerin baş məşqçisi olduğu komanda 83:105 hesabı ilə uduzub.

Görüş Bakı İdman Sarayında təşkil olunub.

"LANDAU Lions" qrupda "Prievidza" (Slovakiya), "Bakken Birs" (Danimarka), "Dənizli Basket" (Türkiyə) və "Benfika" (Portuqaliya) ilə də qarşılaşacaq.

Azərbaycan təmsilçisi növbəti matçını oktyabrın 13-də Slovakiya komandasına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 10:00 Messi də getdi… FOTOLAR