Avropanın tanınmış klubundan dəvət alan "Qarabağ"ın hücumçusu ilə bağlı SON XƏBƏR

13:00 Qarabağ 193
Avropanın tanınmış klubundan dəvət alan "Qarabağ"ın hücumçusu ilə bağlı SON XƏBƏR

"Qarabağ"ın gənc hücumçusu Əli İbrahimov karyerasını Yunanıstanda davam etdirmək fürsəti yaxalayıb.

18 yaşlı forvard "Olimpiakos"un maraq dairəsinə düşüb.

Ağdam təmsilçisinin əvəzedici heyətində və U-19 komandasında, eləcə də U-20 millisində çıxış edən Əli Pirey təmsilçisində sınaq çıxışına dəvət alıb.

Ötən mövsüm UEFA Gənclər Liqasında "Qarabağ"ın keçirdiyi 6 qarşılaşmanın 5-də (2-si əsas heyətdə, 3-ü sonradan daxil olmaqla) şans qazanan İ

brahimov "Olimpiakos"da sınaq dövrünü uğurla başa vuracağı təqdirdə,, ilk mərhələdə Yunanıstan nəhənginin əvəzedici və U-19 komandalarınıda forma geyinəcək.

Ağdam klubundan aldığımız məlumata görə, Əli İbrahimovun "Olimpiakos"a keçib-keçməyəcəyi yaxın günlərdə dəqiqləşəcək.

Yunanlar onu UEFA Gənclər Liqasının və yığmanın oyunlarında görərək bəyənib. O, bir neçə gün Ellada torpağında qalacaq və baxış məqsədilə məşqə çıxacaq.

Məşqçilər korpusu azərbaycanlı istedadı bəyənərsə, klublar transferin mümkün variantlarına baş vuracaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti