100 milyon avroluq hücumçu ilə maraqlanır - “Sabah”ın rəqibi

22:00 Dünya futbolu 136
100 milyon avroluq hücumçu ilə maraqlanır - “Sabah”ın rəqibi

“Barselona” ilə “Tottenhem” Yunanıstan millisinin və Lissabon “Benfika”sının hücumçusu Vangelis Pavlidisin transferində maraqlıdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun mümkün transferinin məbləği 100 milyon avro qiymətləndirilir.

Pavlidisin “Benfika” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Yunanıstanlı hücumçu 2024-cü ilin iyulundan “Benfika”nın formasını geyinir. O, bu mövsüm Portuqaliya çempionatında 7 oyunda iştirak edib, 8 qol vurub və 2 məhsuldar ötürmə verib.

Pavlidisin xidmətində maraqlı olan “Barselona” UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti