Premyer Liqada “Ayın qolu”nu vurdu, prezidentin əlindən mükafat aldı

7 Oktyabr 23:20 Sabah 170
Premyer Liqada “Ayın qolu”nu vurdu, prezidentin əlindən mükafat aldı

Misli Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Sabah”ın yarımmüdafiəçisi Ksander Severina mükafatlandırılıb.

Sportinfo.az xəbər verir ki, avqust ayının ən yaxşı qolunun müəllifinə mükafatı Peşəkar Futbol Liqasının inzibati binasında qurumun prezidenti Elxan Səmədov təqdim edib.

Mükafatlandırmadan sonra təəssüratlarını bölüşən Severina “Ayın qolu” layihəsində qalib seçilməsindən məmnun olduğunu bildirib.

Futbolçu qazandığı pul mükafatını “Sabah Futbol Akademiyası Gələcəyin İstedadları” fonduna təqdim edəcəyini vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 10:00 Messi də getdi… FOTOLAR