Premyer Liqada hansı kluba keçə bilər? - “Leyptsiq”in kapitanı

00:10 Almaniya 99
Premyer Liqada hansı kluba keçə bilər? - “Leyptsiq”in kapitanı

“Leyptsiq”in kapitanı David Raum karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” 30 yaşlı müdafiəçiyə marağını yenidən artırıb.

Almaniyalı futbolçunun özünün də İngiltərə klubuna keçməyə müsbət yanaşdığı bildirilir.

“Leyptsiq”in futbolçunu müqaviləsinin son ilində pulsuz itirməmək üçün qış transfer pəncərəsində satmağa hazır olduğu deyilir.

Raum 2022-ci ilin iyulundan Almaniya klubunda çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədər qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti
2 Oktyabr 18:10 Çək və bizə göndər!