Futzal üzrə Yüksək Liqanın yeni mövsümündə iştirakçı sayının artırılması planlaşdırılıb.
Saytımız bu barədə AFFA-dan məlumat əldə edib.
Redaksiyamızın aldığı informasiyaya görə, federasiyanın nəzdində fəaliyyətə başlayan futzal departamenti hazırda bu məsələ ilə hərtərəfli məşğuldur.
Ötən mövsüm çempionatda mübarizə aparmış, həmçinin belə bir istəyi olan müxtəlif klubların rəhbərlikləri ilə ayrı-ayrılıqda görüşlər keçirilib, fikir mübadiləsi aparılıb.
Onların problemləri dinlənilib, təklifləri öyrənilib. Toplanan rəylər müzakirə etmək üçün AFFA başbilənlərinin masasının üzərinə qoyulacaq.
Keçən sezonda liqaya 6 komanda qatılıb.
“Şuşa“ maliyyə çətinliyinə görə çıxışını yarımçıq dayandırıbsa, “Araz-Naxçıvan” 20-ci çempionluğunu qeyd edib. “Neftçi” gümüş, “Baku Fire” bürünc medallara yiyələnib.
SPORTİNFO.AZ
