Premyer Liqanın 7-ci turu bəzi futbolçular üçün tamaşa meydanına çevriləcək.
Həftəsonu keçiriləcək qarşılaşmaları üç futbolçu kənardan izləyəcək.
Bunlar “Şumqayıt”ın üzvü Səbuhi Abdullazadə, “İmişli”nin braziliyalı legioneri Luis Silvestr və “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Mamadu Kanedir.
Hər üç futbolçu cəzalı olduğu üçün Premyer Liqanın növbəti turunda komandasına kömək edə bilməyəcək.
Oktyabrın 9-da “Araz-Naxçıvan” - “Kəpəz”, “Neftçi” - “Sabah”, ertəsi “Zirə” - “Şamaxı”, “Sumqayıt” - “Qəbələ”, oktyabrın 11-də “İmişli” - “Qarabağ”, “Şəfa” - “Turan Tovuz” oyunları baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ
