Messinin qaşısına çıxan “Neftçi”nin yarımmüdafiəçisi necə oynadı? - VİDEO

09:00 Hadisə 143
Messinin qaşısına çıxan “Neftçi”nin yarımmüdafiəçisi necə oynadı? - VİDEO

Argentina millisinin kapitanı Lionel Messi yığmada son oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, 39 yaşlı hücumçunun vida matçı Buenos-Ayresdə “Monumental Antonio Vespucio Liberti” stadionunda Benin yığmasına qarşı olub.

Argentina rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Messi 71-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib, həmçinin 2 qolun ötürməsini verib.

Messi millisi karyerasını 208 oyun, 126 qol və 70 məhsuldar ötürmə ilə tamamlayıb.

“Neftçi”nin yarımmüdafiəçisi Sessi Almeyda Benin yığmasını bu görüşə kapitan kimi çıxarıb və matçdan əvvəl Messiyə hədiyyələr təqdim edib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 10:00 Messi də getdi… FOTOLAR