Dostları ilə hava limanına gedərkən qəzaya düşdü - VİDEO

21 Oktyabr 2024 10:00 Almaniya 875
Dostları ilə hava limanına gedərkən qəzaya düşdü - VİDEO

“Bayer Leverkuzen”in hücumçusu Viktor Bonifes dostları ilə hava limanına gedərkən qəzaya düşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Bildirib ki, futbolçu sərnişin oturacağında əyləşib. Avtomobilin sürücüsü yorğunluqdan idarəetməni itirib və nəqliyyat vasitəsi digər zolağa çıxaraq qarşıdan gələn yük maşınına çırpılıb. Nəticədə futbolçunun olduğu avtomobil aşıb.

23 yaşlı nigeriyalı xəstəxanaya aparılıb. “Bayer” forvardın yalnız əlindən yüngül zədə aldığını bildirib.

Məlumata görə, yük maşınının sürücüsü xəsarət almayıb.

Bonifes bu mövsüm Leverkuzen təmsilçisinin heyətində on oyun keçirib və yeddi qol vurub.

Almaniya çempionatının növbəti oyununda “Bayer” “Verder”lə qarşılaşacaq. Oyun oktyabrın 26-da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var