Almanlar “Qalatasaray”ın 22 milyon avroluq təklifini rədd etdi

22:00 Almaniya 82
Almanlar “Qalatasaray”ın 22 milyon avroluq təklifini rədd etdi

“Qalatasaray” “Ştutqart”ın yarımmüdafiəçisi Bilal El-Hannusa transfer təklifi göndərib.

Sportinfo.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, İstanbul klubu 22 yaşlı futbolçu üçün bonuslar nəzərə alınmadan 22 milyon avro təklif edib.

Ancaq “Ştutqart” bu məbləği yetərli hesab etməyərək təklifi rədd edib. Almaniya klubunun mərakeşli futbolçu üçün təxminən 60 milyon avro tələb etdiyi bildirilir.

Bununla yanaşı, El-Hannus “Ştutqart”da qalmaq və UEFA Çempionlar Liqasında mübarizə aparacaq komandada vacib rol oynamaq istəyir.

Mərakeşli yarımmüdafiəçi ötən mövsüm Bundesliqada 25 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti