Braziliyalı hücumçunun transferini gözdən keçirirlər

7 Sentyabr 22:00 Almaniya 1 461
Braziliyalı hücumçunun transferini gözdən keçirirlər

Braziliyanın “Kruzeyro” klubunda çıxış edən hücumçu Kayо Jorje karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı forvardla Leverkuzen “Bayer”i və “Bayern” maraqlanır.

Münhen təmsilçisi Jorjeni Harri Keynin mümkün əvəzedicisi kimi nəzərdən keçirir.

Braziliyalı futbolçu ilə “Milan”, “Benfika”, “Fiorentina” və “Aston Villa” da maraqlanır.

“Kruzeyro” Jorjenin satışından 40-45 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Jorje bu mövsüm Braziliya çempionatında 19 oyunda meydana çıxıb və 7 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Onun bacısı deyir ki…