Huşunu itirən Camal yaxın günlərdə yaşıl meydanlara qayıdacaq

25 Avqust 01:40 Almaniya 632
Huşunu itirən Camal yaxın günlərdə yaşıl meydanlara qayıdacaq

“Bayern”in vingeri Camal Musiala yaxın günlərdə yaşıl meydanlara qayıda bilər.

Sportinfo.az “Kicker”-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu yaxın günlərdə komanda ilə məşqlərə başlayacaq.

Hər şey plan üzrə getsə, Masiala avqustun 28-də “Ştutqart”la keçiriləcək matçın iştirak ərizəsinə daxil edilə bilər.

Almaniyalı futbolçu avqustun 15-də, “Leyptsiq”lə yoxlama oyununda (3:1) huşunu itirib. Üç gün sonra isə eyni hal “Haydenhaym”la matçda (4:2) təkrarlanıb.

Musiala 2025/26 mövsümündə “Bayern”in heyətində 24 oyuna çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM