Fransalı hücumçu ilə gücləndilər - 2031-ci ilin yayına qədər

00:00 Almaniya 114
Fransalı hücumçu ilə gücləndilər - 2031-ci ilin yayına qədər

“Bayer” fransalı hücumçu Mussa Diabini heyətinə qatıb.

Sportinfo.az Leverkuzen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubundan transfer olunan 27 yaşlı forvardla 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.

Mussa Diabi 2019–2023-cü illərdə də “Bayer”də çıxış edib.

Daha sonra İngiltərənin “Aston Villa” və Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandalarında oynayan futbolçu 2025-ci ildə Ciddə təmsilçisi ilə çempionluq sevinci yaşayıb.

Fransa yığmasının heyətində 11 matça çıxan Diabi “Bayer”in şərəfini qoruduğu dövrdə 173 qarşılaşmada 49 qol və 48 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM