Palasios üçün ikinci təklifini göndərdi - Premyer Liqa təmsilçisi

19 Avqust 00:10 Almaniya 611
Palasios üçün ikinci təklifini göndərdi - Premyer Liqa təmsilçisi

Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Ezekiel Palasios karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “İpsviç” 27 yaşlı futbolçu ilə maraqlanır.

İngiltərə klubu Palasios üçün artıq rəsmi təklif göndərib və “Bayer”in cavabını gözləyir.

“İpsviç”in ilkin təklifi qəbul edilməyib. Klub bunun ardınca “Bayer”ə yeni rəsmi təklif göndərib və transferi yaxın saatlarda yekunlaşdıracağına inanır.

Argentinalı futbolçu 2020-ci ildən “Bayer”in formasını geyinir. Onun klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM