“Beşiktaş”ın müdafiəçisi Almaniya klubunda - 1,5 milyon təzminat ödədilər

27 Avqust 23:20 Almaniya 116
“Beşiktaş”ın müdafiəçisi Almaniya klubunda - 1,5 milyon təzminat ödədilər

“Beşiktaş”ın müdafiəçisi Feliks Uduoxay karyerasını ölkəsində davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, “Union” almaniyalı futbolçunu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bundesliqa təmsilçisi Uduoxay üçün Türkiyə klubuna 1,5 milyon avro təzminat ödəyib. 28 yaşlı mərkəz müdafiəçisi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

“Beşiktaş” Uduoxayı 2024-cü ilin yayında “Auqsburq”dan transfer etmişdi. Almaniya millisinin sabiq üzvü “qara qartallar”ın heyətində meydana çıxdığı 58 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti