“Barselona”nın müdafiəçisi üçün danışıqlara başladılar

26 Avqust 02:00 Almaniya 571
“Barselona”nın müdafiəçisi üçün danışıqlara başladılar

“Barselona”nın müdafiəçisi Hektor Fort karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, Dortmund “Borussiya”sı 20 yaşlı futbolçunun transferinə yaxındır.

“Arılar”ın nümayəndələri ötən həftəsonu Barselonaya səfər edərək Fortun mümkün transferi üçün Kataloniya klubu ilə danışıqlar aparıblar.

“Barselona”nın sağ cinah müdafiəçisinin satışından 10 milyon avrodan çox gəlir əldə etmək istədiyi bildirilir.

İspaniyalı futbolçu 2025/26 mövsümünü icarə əsasında “Elçe”də keçirib. O, sözügedən komandada 14 oyunda meydana çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM