“Mançester Yunayted”in təklifini rədd etdi - Bu hücumçu

12:20 Almaniya 151
“Mançester Yunayted”in təklifini rədd etdi - Bu hücumçu

“Leyptsiq”in hücumçusu Kristofer Nkunku yay transfer pəncərəsində “Mançester Yunayted”ə keçə bilərdi.

Sportinfo.az “Sky Sport”-a istinadən xəbər verir ki, İngiltərə klubu 28 yaşlı futbolçunun transferində maraqlı olub.

Lakin hücumçu “qırmızı şeytanlar”ın təklifini rədd edərək əvvəllər uğurlu çıxış etdiyi Bundesliqaya qayıtmağa üstünlük verib.

Nkunku avqustda satınalma şərti ilə icarə əsasında “Milan”dan “Leyptsiq”ə keçib. O, transferindən sonra Almaniya klubunun heyətində 2 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

“Transfermarkt” oyunçunun bazar dəyərini 25 milyon avro olaraq qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO