İdman direktorundan iki dəfə huşunu itirən Camal haqda açıqlama: “Görəcəyik”

5 Sentyabr 01:30 Almaniya 432
İdman direktorundan iki dəfə huşunu itirən Camal haqda açıqlama: “Görəcəyik”

“Bayern”in idman direktoru Kristof Freund komandanın yarımmüdafiəçisi Camal Musialanın durumundan danışıb.

23 yaşlı futbolçunun artıq komanda ilə məşqlərə başladığı və meydana qayıtmağa hazır olduğu bildirilib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubunun rəsmisi, hazırda Musialanın əhvalının yaxşı olduğunu söyləyib:

“Cаmal son 7-10 gündə komanda ilə normal məşq edir. Hazırda əhvalı yaxşıdır. O, artıq sabah heyətə qayıda bilər. Görəcəyik”.

Almaniyalı futbolçu ötən ayın 15-də, “Leyptsiq”lə yoxlama oyununda (3:1) huşunu itirib. Üç gün sonra isə eyni hal “Haydenhaym”la matçda (4:2) təkrarlanıb.

Musiala bu mövsüm hələ “Bayern”in heyətində meydana çıxmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Onun bacısı deyir ki…