Rəhbərlik baş məşqçini aldadıb - İstək və ideyalarına məhəl qoymayıblar

28 Fevral 15:20 Almaniya 256
Rəhbərlik baş məşqçini aldadıb - İstək və ideyalarına məhəl qoymayıblar

“Bayern”in baş məşqçisi Tomas Tuxel mövsümün sonunda Münhen klubunu tərk edəcək.

Sportinfo.az xəbər verir ki, Tuxel əvvəldən “Bayern”də kifayət qədər dəstək hiss etməyib.

Tələblərə baxmayaraq, onun bir çox istək və ideyaları bu və ya digər səbəbdən həyata keçirilməyib. “Bayern”in uğursuz nəticələrində komanda daxilindəki xoşagəlməz ab-havanın da rolu olub.

Almaniyalı mütəxəssis 2023-cü ilin martından Münhen komandasına rəhbərlik edir. 2025-ci ilin iyun ayına qədər olan müqaviləyə bu yay xitam veriləcək.

“Bayern” Almaniya çempionatının 23 turundan sonra 53 xal toplayıb və lider “Bayer”dən 8 xal geri qalaraq, ikinci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti