"Çempionatın başa çatdırılmasını istəyiriksə, ...."

2 May 2020 21:15 Zirə 765
"Çempionatın başa çatdırılmasını istəyiriksə, ...."

"Zirə"nin mərkəz müdafiəçisi Bəxtiyar Həsənalizadə Sportinfo.az-a müsahibə verib.

- Artıq uzun müddətdir evdəsən. Futbolçu üçün belə həyat tərzində yaşamaq nə deməkdir?

- Futbolsuz qalmaq darıxdırıcıdır. Ümid edirik ki, bu vəziyyət çox çəkməyəcək. Artıq çox uzun müddətdir evdəyik. Çalışırıq ev şəaritində məşqlərimizi davam etdirək.

- Peşəkar Futbol Liqası may ayının 23-ü ölkə çempionatını bərpa etməyi düşünür. Səncə, klublar 5 may məşqlərə başlasa, 18-19 gün formaya düşmək üçün yetərli müddət olacaqmı?

- Bu müddət bir futbolçunun formaya düşməsi üçün yetərli deyil. Amma PFL-də başa düşmək lazımdır. Çünki vaxt azdı və çempionat başa çatdırılmalıdır. Yeni mövsümə hazırlıq üçün vaxt qalmalıdır. Bu baxımdan qərar başa düşüləndir. Təki çempionat bərpa olunsun.

- FİFA təklif edib ki, oyunlarda əvəzetmə sayı 3-dən 5-ə qaldırılsın. Bununla bağlı fikirlərin necədir?

- Hazırkı qaydalar, məncə, daha münasibdir. Futbolda çox dəyişikliklər olmasının tərəfdarı deyiləm.

- Qış fasiləsindən etibarən əvəzedicilərdə çıxış edirdin. Son iki turda isə əsas komandaya qaytarıldın. Fasilə müddətində əsas komandanın onlayın məşqlərində iştirak edirsən?

- Bəli, əsas komandanın onlayın məşqlərində iştirak edirəm.

- Bu yay "Zirə" ilə müqavilən başa çatır. Gələcəyinlə bağlı vəziyyət nə yerdədir?

- Bəli, yayda müqaviləm başa çatır. Amma hələ ki, heç kimlə bu barədə danışığım olmayıb. İndiki ziyyətdə yalnız çalışıram ki, formada qalım. Çempionatın taleyi ilə bağlı qərar veriləndən sonra bu barədə düşünmək olar.

- Çempionat davam etdirilsə, yəqin ki, oyunlar sıx qrafiklə keçiriləcək. Düşünmürsən ki, bu futbolçularda zədə ehtimalını artıracaq?

- Məncə də zədə ehtimalı çox olacaq. Amma çempionatın başa çatdırılmasını istəyiriksə, gərək belə şeyləri gözə alaq. Çempionatın davam etdirilməsi ədalətli olardı.

- Hazırkı vəziyyət psixoloji gərginlik yaratmır?

- İstər-istəməz yaradır. Çempionatın gələcəyi ilə bağlı nəsə bilməmək insana psixoloji çətinlik yaradı və özünü buna hazırlaya bilmirsən. Məşqlər edirsən, amma gələcəkdən xəbərsizsən. Yenə də biz oyunların başlayacağına inanıb, ona uyğun hazırlıq keçirik.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti