"Zirə"də nə baş məşqçi var, nə də… - Premyer Liqa klublarının AVTORİTETLƏRİ

8 Aprel 2020 17:24 Zirə 1 029
"Zirə"də nə baş məşqçi var, nə də… - Premyer Liqa klublarının AVTORİTETLƏRİ

Qapıçı komandanın yarısı hesab olunursa, kapitan o komandanın "bir nömrə"sidir: danışan dili, döyünən ürəyidir.

O bazubəndi qola taxmaq üçün yalnız yaxşı oyunçu olması kifayət etmir.

Meydandakı kimi, meydandan kənardakı davranışı ilə bunu haqq etməlidir. Yəni ki, fərdi bacarığı, sözünün kəsəri, avtoriteti ilə başqaları tərəfindən qəbul olunmalıdır.

Azərbaycan Premyer Liqasının cari mövsümündə 8 komandanı 23 nəfər kapitan sarğısı ilə meydana çıxarıb. Bu, o deməkdir ki, onların hamısı formasını geyindiyi kollektiv tərəfindən lider olaraq qəbul edilir? Əsla, belə düşünməyin.

(ilk 4 yazının linkt burada - https://www.sportinfo.az/idman_xeberleri/neftci/81480.html /// https://www.sportinfo.az/idman_xeberleri/kesle/81545.html /// https://www.sportinfo.az/idman_xeberleri/sabah/81612.html /// https://www.sportinfo.az/idman_xeberleri/qebele/81685.html)

"Zirə" Premyer Liqanın arxada qalan 20 turunda 23 xal toplayıb və "Sumqayıt"la birgə turnir cədvəlinin 4-5-ci pillələrini bölüşdürür. "Kimyaçılar"a top fərqində uduzan "qartallar" 6-ci sıradakı "Sabah"ı cəmi 2 xal qabaqlayır.

Qəsəbə təmsilçisinin digər cəbhədə işləri yaxşı gedir – yarımfinaldadır. Finalda "Qarabağ" - "Sumqayıt" cütünün qalibi ilə qarşılaşmaq üçün onlar öncə "Qəbələ"ni mübarizədən kənarlaşdırmalıdırlar.

Ümumi mənzərədən göründüyü kimi, taleyi "Zirə"nin öz əlindədir. Hələ heç nə itrilməyib və yumruğu bir yerə vursalar, yəqin ki, biz bu komandanı növbəti avrokuboek sezonunda izləyəcəyik.

Düz eşitdiz, yumruğu bir yerə vursalar. Heyhat, "Zirə"də məhz bu çatışmır. Kollektiv baş məşqçi Zaur Həşimovun təcrübəsizliyi ilə yanaşı, liderinin olmaması sarıdan ciddi sıxıntı çəkir.

Mövsümün ilk dövrəsindən sonra "Qəbələ"dən gələrək Samir Abasovu əvəzləyən gənc çalışdırıcı bu müddət ərzində göstərdi ki, iş yerini dəyişməyə tələsib. O, hələ "böyüməyib", lakin bunun üçün illəri bir xeyli "qabağa çəkib".

Həşimov böyük düşünsəydi, "Zirə"ni təhvil alan kimi Cavid Hüseynovla Adrian Skarlatakenin xidmətindən imtina etməli idi. Heç olmasa, ikisini də əvəzedici heyətə göndəriməli idi. Onun buna kifayət qədər vaxtı varıydı, lakin nə qış fasiləsinə kimi, nə də ondan sonra bu zəruri addımı atdı.

Sanki nədənsə vacib olanı etmədi, əvəzində cəmi 2 dəfə komandanı kapitan sarğısıyla meydana çıxarmış Elvin Məmmədovu düşərgədən uzaqlaşdırdı. Həlledici anda qərar verməyi bacarmayandan nəinki baş məşqçi, heç onuncu məşqçi də olmaz.

Həşimov bu keyfiyyətlərə sahib olmadığı üçün texniki zonasında əyləşdiyi komandada hərc-mərxlik hökm sürür, nizam-intizama riayət 0 həddindədir.

"Zirə"nin oyunları sarı və qırmızı vərəqələr sarıdan "bol" keçir və əksər hallarda futbolçular idmançıya yaraşmayan hərəkət səbəbindən hakimlərin qəzəbinə tuş gəlir.

Bir faktı mütləq qeyd etməliyik ki, Zaur Həşimova qədər "Zirə"yə ən pis münasibəti, hətta düşmənçiliyi Samir Abasov edib.

"Qartallar"ın ən yüksək ddənişli baş məşqçisi kimi tarixə keçən Abasov yanlış adlarla başdan-ayağa uyğunsuz transferlər gerçəkləşdirməklə, həm klubun büdcəsini dağıdıb, həm də sferanı korlayıb.

İkinci gəncliyini "Qəbələ"də yaşayıb qurtarmış Cavid Hüseynova 180-200 min manat verməyə nə gərək vardı? Meydanda özünü hiss etməyən, gücü tükənmiş ayağına istirahət verən yarımmüdafiəçiyə kapitan sarğısını etibar eləmək də xəta idi.

O. yalnız qışqırır, dava axtarır. Kiminlə gəldi, mübahisə edir. Gah Riçard Qadzenin timsalında komanda yoldaşlarıyla, gah rəqiblərlə, gah da hakimlərlə.

Tövrü ilə deyir ki, baxın, mən futbol oynamıram və oynamaq istəmirəm.

Ya da Adrian Skarlatake. Rumıniyalı legioner uzun illərdir Azərbaycanda çıxış edir. "Xəzər Lənkəran"dan "Keşlə"yə kimi, yəni, "Zirə" ilə müqavilə imzalayanalək özünü cahan əhlinə tanıdıb. Necə lazımdırsa, necə varsa, o cür. Burada da "gözəl oyunlar"ı az olmayıb…

Amma kimə deyirsən..? Millətin gördüyünü Zaur Həşimov görmürsə, yaxud görmək istəmirsə, yaxşı olar ki, gedib ixtisasını dəyişsin, özünə bacaracağı başqa bir iş tapsın.

(V YAZI)
SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti