Premyer Liqada qələbə qolunu vurdu, burnunu sındırdılar

11:00 Zirə 109
Premyer Liqada qələbə qolunu vurdu, burnunu sındırdılar

Dünən Premyer Liqanın 9-cu turu çərçivəsində «Sumqayıt»ı qonaq edən və 3:2 hesablı qələbə qazanan «Zirə» Davit Volkovdan üzücü xəbər alıb.

84-cü dəqiqədə qalibiyyət qolunu vuran gürcüstanlı hücumçu zədəlilər sırasına qoşulub.

Son vaxtlar «ayağı açılmış» forvardın burnu sınıb. Rəqiblə ikili mübarizə zamanı üzünə zərbə dəyən forvardın durumuna tezliklə aydınlıq gələcək.

Hazırda Rəşad Sadıqovun əlinin altında çox az sayda futbolçu var. 10-dan artıq oyunçu müztəlif zədələr üzündən gündəlik məşqlərdən kənarda qalıb.

Baş məşqçinin bu dəqiqə ayağı top tutan hər kəsə ehtiyacı var. Odur ki, Volkovun ən qısa zamanda meydana dönməsi vacibdir, yoxsa say düzəlmir.

31 yaşlı hücumçunu qoruyucu maska ilə növbəti turlarda yaşıl sahədə görə bilərik.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti