Premyer Liqa təmsilçisində növbəti problem - PİS XƏBƏR oradan gəldi

11:20 Zirə 162
Premyer Liqa təmsilçisində növbəti problem - PİS XƏBƏR oradan gəldi

«Zirə»də zədə epidemiyası baş alıb gedir.

Medallar uğrunda mübarizə aparan qəsəbə təmsilçisinə bu dəfə İssa Cibriladan üzücü xəbər gəlib.

Niger millisinə dəvət almış müdafiəçi orada xəsarət alıb.

30 yaşlı legionerin ayaq nahiyəsində problem aşkarlanıb. Afrikalı arxa xətt oyunçusunun bir müddət yaşıl sahələrdən kənarda qalması gözlənilir.

Hazırda «qartallar»ın 10-a yaxın futbolçusu müxtəlif zədələrdən əziyyət çəkir. Onların da böyük əksəriyyəti əcnəbilərdir.

Odur ki, Rəşad Sadıqov «Şamaxı» ilə Premyer Liqanın növbəti turu çərçivəsində keçiriləcək oyundan öncə ciddi problemlə üzləşib. Start «11-liy»ini müəyyənləşdirmək baxımından möhkəm sıxıntı çəkir.

«Zirə» çempionatın geridə qalan altı turu ərzində 10 xal toplayıb. Kollektiv ğu göstərici ilə turnir cədvəlinin 5-ci pilləsində yer alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!