Gözə və nəzərə gəliblər, başlarına duz çevirin!

15:15 Zirə 1 116
Gözə və nəzərə gəliblər, başlarına duz çevirin!

Premyer Liqanın qiymətləndirilməsinə gələn ilin yayından tez başlanılmayacaq. Amma çox nahaq yerə.

Bir nominasiyanın sahibi indidən məlumdur.

Mövsümün ən bəxtsiz baş məşqçisi və komandasını müəyyənləşdirməkdən ötrü 8-9 ay gözləməyə dəyməz. Rəşad Sadıqov və onun «Zirə»sinin bu baxımdan bəxti heç gətirməyib.

İlahi, eyni vaxtda hansısa komandanın 10-dan artıq futbolçusunun zədəyə tuş gəlməsi nə deməkdir?! Bir Tanrı bəndəsi buna məntiqi izah verə bilməz.

Ruslar demiş, bu zədələr «po futbolnıy» olsaydı, Allavh qulunu fikir və dərd götürməzdi. Adi vəziyyətdə bir-bir sıradan çıxan oyunçulara görə Sadıqov kimi qınasın, kimi günahlandırsın?

Özümü bir anlıq qoyuram onun yerinə soruşuram - kimin yaxasından yapışım, nədən şübhələnim?

Bu, nonsensdir! «Zirə»nin qərar verən şəxsləri kəskin «zədə epidemiyası»na yoluxmuş komandanın baş məşqçisindən çox şey tələb etməməli, istəməməlidir.

Belə sıxıntılar içində o, hələ başını itirməyib, qəhrəmandır. Məşqi keç, paltardəyişmə otağına get, orada sənə məlum olsun ki, yenə filan futbolçu sıradan çıxıb. Adam dəli olar, vallah! Qarğış ediblər, nə ediblər, bilmirsən ki…

Nəzərə gəliblər, deyəsən.

«Sumqayıt»la matçda meydana ayaq basan və qələbədə payı olan hər futbolçu böyük mükafat almalıdır.

Başlarına duz çevirməlidirlər. Dörd-beş salamat futbolçu qalıb, yoxsa onlara da göz dəyər.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!